09 aprel 2019, 17:25

Şahvələd Əhmədovdan, Bakı, Azərbaycan

Əziz Prezidentimiz.

Sizin insan amilinə böyük önəm verməyiniz, ölkə vətəndaşlarının problemlərinə həssaslıqla yanaşmağınız bizi qəlbən fərəhləndirir.

İnsanların sağlamlığının qayğısına qalaraq vətəndaşların hər il dövlət hesabına tibbi müayinədən keçirilməsi, digər tərəfdən uşaqlarımızın dünyagörüşünü artırmaq üçün “Ölkəmizi tanıyaq” tur-aksiyasının təşkil edilməsi xalqımız tərəfindən hər zaman təqdir olunur. Bu addımlar bir daha sübut edir ki, Siz ölkə vətəndaşlarını sağlam, övladlarımızı isə öz ölkəsini yaxşı tanıyan, onu sevən gənclər kimi görmək istəyirsiniz.

Sizinlə qürur duyuruq, əziz Prezidentimiz.

Hörmətlə,

Əhmədov Şahvələd Bəhram oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.