09 aprel 2019, 11:55
Hikmət Nəcəfəliyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin son zamanlar imtiyazlı təbəqədən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün imzaladığınız fərman və sərəncamlar təqdirəlayiqdir.
Müharibə veteranları üçün Prezident təqaüdünün təsis edilməsi bir veteran ailəsi olaraq bizi çox sevindirdi. Bu, Sizin siyasətinizn mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.
Cənab Prezident, bunun üçün Sizə öz adımdan və ailəm adından dərin minnətdarlığımı bildirirəm. Allah Sizi Azərbaycan xalqının və dövlətinin başı üzərindən əksik etməsin. Siz xalqın ümid yerisiniz, cənab Prezident!
Hörmətlə,
Nəcəfəliyev Hikmət Əziz oğlu,
Qarabağ müharibəsi veteranı
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.