08 aprel 2019, 16:15

Hilal Bəkirovadan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz hər bir azərbaycanlının Prezidenti olaraq ölkə vətəndaşlarını daim diqqətdə saxlayır, onların problemlərinin həll olunmasını təmin edirsiniz. Şamaxıya səfəriniz zamanı da rayon ictimaiyyətinin nümayəndələri və sadə vətəndaşlarla səmimi görüşdünüz, onların müraciətlərini, problemlərini dinlədiniz və hər kəsin problemlərinə xüsusi həssaslıqla yanaşdınız. Bir Azərbaycan vətəndaşı olaraq Sizə öz təşəkkürümü bildirirəm.

Siz minlərlə vətəndaş kimi, məni də böyük bir yükdən, borcdan xilas etdiniz. Bankdan dollarla götürdüyüm kredit borcumun həll olunması mənim həyatımda yeni səhifə açdı. Yüzlərlə Şamaxı sakininə, milyonlarla Azərbaycan vətəndaşına sevinc bəxş etdiniz.

Cənab Prezident, hər zaman Sizi dəstəkləyirəm. Uca Allahdan Sizə cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Bəkirov Hilal Məzahir oğlu

Azərbaycan Respublikası, Şamaxı rayonu, Əngəxaran kəndi