08 aprel 2019, 16:00
Səmayə Hüseynovadan, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində heç vaxt görmədiyim Quba, Qusar, Xaçmaz rayonlarına getdim, bu bölgələrin tarixi yerləri, müasir həyatı, mədəniyyət mərkəzləri və adət-ənənələri ilə tanış oldum. Bu bölgələrin füsunkar təbiəti məni heyran etdi. Əyani şəkildə gördüklərim kitablardan əldə etdiyim biliyimi daha da zənginləşdirdi.
Cənab Prezident, şagirdlərin təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün yaratdığınız hər bir şəraitə görə Sizə dərin təşəkkürümü bildirirəm. Göstərdiyiniz diqqət və qayğı bizi ruhlandırır və təhsildə daha yüksək nəticələr qazanmağa sövq edir.
Hörmətlə,
Hüseynova Səmayə Famil qızı
Azərbaycan Respublikası, Salyan rayonu.