08 aprel 2019, 11:15
Ramid Əmənullazadədən, Lənkəran, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Lənkəran rayonunun Hirkan-Mamusta-Siyavar avtomobil yolunun tikintisi ilə bağlı imzaladığınız Sərəncama görə çox sağ olun.
Əhalini narahat edən problemləri həll etdiyiniz üçün Sizdən çox razıyıq. Bu yolun təmirini çoxdan arzulayırdıq. Yoldan daimi istifadə edən minlərlə sakin əziyyət çəkirdi. Mən və mənim tələbə yoldaşlarım avtobusla hər gün bu yolla dərsə gedirik. Artıq əziyyətimizə son qoyuldu.
Allah Sizdən razı olsun, əziz Prezidentimiz! Biz Sizinlə fəxr edirik. Sizin həyata keçirdiyiniz siyasi kursu ürəkdən bəyənir və dəstəkləyirik.
Hörmətlə,
Əmənullazadə Ramid Atif oğlu, tələbə.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Mamusta kəndi.