Arzu Abbaszadədən, İsmayıllı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin gənclərə və yeniyetmələrə olan böyük qayğınızın təzahürü olan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak etdim və səfərdən böyük təəssüratla qayıtdım. Ölkəmizin gözəl bölgələrini gəzmək, tarixi, mədəni irsi barədə geniş məlumat əldə etmək həm biz şagirdlərin mənəvi və intellektual aləmini zənginləşdirir, həm də bizi dərslərə daha da həvəsləndirir. Bu tur-aksiyada təhsildə fərqlənən şagirdlər iştirak etdiyindən, digər məktəblilər də dərslərinə daha məsuliyyətlə yanaşır, növbəti səfərlərin iştirakçısı olmaq istəyirlər.
Biz məktəblilər üçün yaratdığınız bu gözəl imkana görə Sizə dərin minnətdarlığımı və sonsuz təşəkkürümü bildirirəm.
Dərin hörmət və ehtiramla,
Abbaszadə Arzu Elçin qızı.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Talıstan kəndi.