Həmzə Əkbərovdan, Sabirabad, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bakı şəhərinin Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş verən yanğın bizi hədsiz sarsıtdı. Qardaşım 2010-cu ildən orada işləyirdi. Bunun hesabına öz ailəsini dolandırıb, iki övladını böyüdüb. Mən birinci qrup əlil və yataq xəstəsi olduğumdan bəzən mənim ailəmə də kömək edib.
Çox hörmətli cənab Prezident, ticarət mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarlara göstərdiyiniz qayğı, onlara maddi yardım edilməsi barədə Sərəncam imzalamağınız biz vətəndaşlara çox böyük ümidlər verdi. Buna görə Sizə təşəkkür edirəm.
Fürsətdən istifadə edərək, birinci qrup əlillərin sosial müavinətinin məbləğinin artırılmasına və onlara qulluq edən şəxslər üçün Prezident təqaüdünün təsis edilməsinə, həmçinin bizə edilən digər köməklərə görə Sizə hədsiz minnətdarlığımı bildirirəm. Uca Allahdan Sizə - ulu öndər Heydər Əliyevin layiqli davamçısına və ailənizə xoşbəxtlik və cansağlığı diləyirəm. Tanrı Sizi qorusun.
Hörmətlə,
Əkbərov Həmzə Əliməhəmməd oğlu.
Azərbaycan Respublikası, Sabirabad rayonu, Mürsəlli kəndi.