Əsmər Cavadova və başqalarından, Beyləqan, Azərbaycan
Hörmətli cənab Prezident.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya tariximizin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, bu, Azərbaycan məktəblilərinin həyatında əhəmiyyətli və yaddaqalan hadisələrdən biridir. Sizin tapşırığınızla həyata keçirilən bu uğurlu layihə gənclərə, onların dünyagörüşünə, təlim və tərbiyəsinə böyük dəyər verdiyinizi göstərir.
Biz Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin şagirdləriyik. Biz mart ayında keçirilən növbəti tur-aksiyada fəal iştirak etdik. Budəfəki səfərə məktəbimizdən 9 şagird qatılmışdı. Biz ölkəmizin tarixi abidələri, gözəllikləri ilə tanış olub təəssüratlarımızı digər məktəb yoldaşlarımızla bölüşdük.
Əziz Prezidentimiz, bu layihənin həyata keçirilməsinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bugünkü çiçəklənən, müstəqil Azərbaycan Sizin apardığınız uğurlu daxili və xarici siyasətinizin bəhrəsidir.
Hörmətlə,
Cavadova Əsmər Vəli qızı
Məmmədli Sənan Razil oğlu
Məmmədli Ömər Vüqar oğlu
Şirinov Əli Elbrus oğlu.
Azərbaycan Respublikası, Beyləqan rayonu.