Arzu Əliyevadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mən Suraxanı rayonu 275 saylı tam orta məktəbin 9-cu sinfində oxuyuram. Sizin tapşırığınıza əsasən təşkil olunmuş “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçılarından biriyəm.
Biz martın 23-dən 26-dək Naxçıvan Muxtar Respublikasında səfərdə olduq. Səfər müddətində mən Naxçıvan haqqında xeyli məlumat əldə etdim. Oradakı Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı Ulu Öndərin həyatı, fəaliyyəti və qazandığı nailiyyətləri ilə bağlı bizə ətraflı məlumat verdilər. Sonra Naxçıvan Dövlət Universiteti, Əlincə qalası, Bayraq meydanı və bir çox digər yerləri gəzdik. Bir sözlə, mən evimizə çox xoş təəssüratla qayıtdım. Bu tur-aksiyada iştirak etdiyim üçün özümü çox xoşbəxt, şanslı hesab edirəm. Səfər boyu əldə etdiyim dəyərli məlumatların gələcək həyatımda, təhsilimizdə böyük rolu olacağına əminəm.
Cənab Prezident, bu xoşbəxt günləri bizə bəxş etdiyiniz üçün ailəm adından və şəxsən öz adımdan Sizə dərin təşəkkürümü bildirir, fəaliyyətinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Əliyeva Arzu Nazim qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.