Xəyal Mustafayev və başqalarından, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Novruz bayramı ərəfəsində, martın 15-18-də biz Tərtər məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəki-Zaqatala-Qəbələ bölgəsinə səyahət etdik, oranın adət-ənənələri, tarixi abidələri, gəzməli, görməli yerləri ilə yaxından tanış olduq. Tətildən xoş təəssüratla rayonumuza döndük. Hər birimizin sinif yoldaşlarımızla, müəllimlərimizlə bölüşəcəyimiz çoxlu xatirələrimiz var.
Sizin tapşırığınızla təşkil olunan və “Ölkəmizi tanıyaq” devizi altında keçirilən səyahət nəticəsində şagirdlər bölgələrimizin sosial-iqtisadi inkişafi, tarix və mədəniyyət abidələri, adət-ənənələri ilə daha yaxından tanış olur, Vətənimiz barədə məlumatları daha da zənginləşir.
Cənab Prezident, biz məktəblilərə belə bir səyahəti bəxş etdiyiniz üçün Sizə öz minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Mustafayev Xəyal Rizvan oğlu,
Bayramlı Lalə Anar qızı,
Nəzərova Aysel Qəhrəman qızı.
Azərbaycan Respublikası, Tərtər rayonu.