05 aprel 2019, 18:00
Təranə Tağızadədən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident İlham Əliyev.
Mən 30 ildən artıqdır ki, uşaq həkimi işləyirəm. Gələcək nəslin sağlam böyüməsinin keşiyindəyəm. Eyni zamanda, Azərbaycan Tibb Universitetində dərs deyir, bizim gənc həkimlərimizə tibb elminin sirlərini öyrədirəm.
Əməyimi yüksək qiymətləndirərək bu yaxınlarda məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə Sizə dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm.
Siz ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısısınız. Biz həkimlər və müəllimlər Sizin qayğınızı hər an hiss edir, çox yüksək qiymətləndirir, Sizi və birinci xanım Mehriban Əliyevanı həmişə dəstəkləyirik. Ulu Tanri Sizi qorusun.
Hörmət və ehtiramla,
Tağızadə Təranə Qadir qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.