Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Patent haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 414; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 64; 2009, № 12, maddə 951; 2012, № 7, maddə 644; 2013, № 3, maddə 211, № 12, maddə 1481; 2018, № 4, maddə 635; Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli 1412-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.2-ci maddə ləğv edilsin.
2. 29-cu maddənin 6-cı hissəsində və 38-ci maddənin 1-ci hissəsində ismin müvafiq hallarında “rüsum” sözü ismin müvafiq hallarında “dövlət rüsumu” sözləri ilə əvəz edilsin.
3. 32-ci maddənin 1-ci hissəsinin birinci abzasında, 4-cü hissəsində, 35-ci maddənin 2-ci hissəsinin ikinci abzasında ismin müvafiq hallarında “haqq” sözü ismin müvafiq hallarında “dövlət rüsumu” sözləri ilə əvəz edilsin.
4. 39.2-ci maddəyə “xidmətlərə” sözündən sonra “və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2019-cu il.