05 aprel 2019, 17:20
Rəna Hüseynzadədən, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən Hüseynzadə Rəna Salyan rayonunda yaşayıram. Onuncu sinif şagirdiyəm. Bu yaxınlarda mən ilk dəfə olaraq, “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulmuşam. Bu tur haqqında məlumatım var idi, amma ilk dəfə olaraq iştirakçısı oldum. Biz Quba-Qusar-Xaçmaz istiqamətində ekskursiyaya getdik. Heç vaxt görmədiyim yerləri gördüm. Bizim nə gözəl regionlarımız, şəhərlərimiz var imiş.
Bir-birindən maraqlı rayonları gördükcə çox sevinirdim. Sevincimin həddi- hüdudu yoxdur.
Cənab Prezident, biz məktəblilər üçün bu imkanı yaratdığınız üçün öz adımdan və ailəm adından Sizə dərin minnətdarlığımı bildirir, “çox sağ olun” deyirəm. Biz Sizi çox sevirik.
Hörmətlə,
Hüseynzadə Rəna İftixar oğlu
Azərbaycan Respublikası, Salyan rayonu.