Fərman Səmədov və başqalarından, Lənkəran, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Biz - Lənkəran rayonunun Siyavar kəndinin sakinləri Sizə çox minnətdarıq. Kəndimizi qonşu Mamusta kəndi və Hirkan qəsəbəsi ilə birləşdirən yolun əsaslı təmiri ilə bağlı verdiyiniz Sərəncama görə çox sağ olun.
Biz Sizin fəaliyyətinizi ürəkdən bəyənir və dəstəkləyirik. Sizin xalqımız üçün gördüyünüz işlər göz qabağındadır. Sizin qayğınızla Azərbaycan cənnətə dönüb, Lənkəran böyük şöhrət qazanıb. İndi daimi işığımız, qazımız, yeni məktəbimiz var. Ona görə də nəvə və nəticələrimizin gələcəyinin etibarlı olacağına əminik.
Möhtərəm Prezident, bunların hamısına görə Sizə bir daha “Çox sağ olun!” deyirik. Allah Sizi və ailənizi qorusun, övladlarınızı xoşbəxt eləsin.
Hörmətlə,
Səmədov Fərman Ruhulla oğlu
Bağırov Feyruz Baldadaş oğlu
Baxşıyev Güloğlan Fəttah oğlu
Rəhimov Mustafa Rəhim oğlu
Abbasov Fərman Hüccət oğlu və başqaları.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Siyavar kəndi.