05 aprel 2019, 10:45
Vəfadar Behbudovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı verdiyiniz Fərmana görə öz adımdan və ailə üzvlərim adından Sizə dərin təşəkkürümü bildirirəm.
Mən də bir çox vətəndaşlar kimi, devalvasiya nəticəsində artmış və vaxtilə ödənilmiş dollarla olan kreditə görə təzminat alacağam. Bu, sözsüz ki, bizim ailənin maddi vəziyyətinə müsbət təsir göstərəcəkdir.
Cənab Prezident, Allah Sizi bu xalqın başı üzərindən əskik etməsin. Ulu Tanrı Sizi və yaxınlarınızı qorusun.
Hörmətlə,
Behbudov Vəfadar Oqtay oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.