04 aprel 2019, 16:20

Yasəmən Quliyevadan, Bakı, Azərbaycan

Hörmətli Prezidentimiz cənab İlham Heydər oğlu Əliyev.

Mən şəhid qızı olaraq, Sizə və ailənizə xalqımızın, həmçinin şəhid ailələrinin mənafeyi naminə verdiyiniz Sərəncamlara görə dərin minnətdarlığımı bildirirəm.

Ulu öndər Heydər Əliyev də vaxtilə şəhid ailələrinə böyük qayğı ilə yanaşırdı. Yeni il və Novruz bayramını biz şəhid uşaqları ilə birgə keçirirdi, gözəl hədiyyələr verirdi. Biz həmin günləri unutmamışıq.

Həm dövlət səviyyəsində, həm də gündəlik həyatda, işlədiyim təşkilatda hər zaman şəhidlərə xüsusi ehtiram və hörmət görmüşəm. Mən fəxr edirəm ki, azərbaycanlıyam və Sizin kimi dünyagörüşü zəngin, yüksək bilikli, öz vəzifəsini layiqincə yerinə yetirən, xalqını düşünən, ona ləyaqətlə xidmət edən Prezidentimiz var.

Sizə və ailənizə daim sağlamlıq və uzun ömür arzulayıram. Nə yaxşı ki, Siz varsınız. Biz xoşbəxtik və gələcəyimizin daha yaxşı olacağına inanırıq. Bir daha şəhid ailələrinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Şəhid ailəsinin üzvü

Quliyeva Yasəmən Nurulla qızı,

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.