Rüstəm Mirzəzadədən, Bakı, Azərbaycan
Möhtərəm Prezident cənab İlham Əliyev.
Sürətlə inkişaf edən Azərbaycan Respublikasının gənc nəslinin nümayəndəsi olaraq bu gün gənclərlə bağlı həyata keçirdiyiniz uğurlu islahatlardan əhəmiyyətli şəkildə faydalanıram. Bu səbəbdən özümü xoşbəxt bir gənc hesab edirəm. Bu gün dünyagörüşümün formalaşmasında, cəmiyyətdə şəxsiyyət olaraq təkmilləşməyimdə Sizin təşəbbüs və tapşırığınızla həyata keçirilən layihələr mühüm rol oynayır. Bu uğurlu addımlardan biri də "Ölkəmizi tanıyaq" layihəsidir. Sayənizdə, bu layihə çərçivəsində ölkəmizi gəzirik, vətənpərvərlik ruhumuz, dünyagörüşümüz yüksək səviyyədə formalaşır. Azərbaycanın tarixi abidələri, mədəniyyəti, səfalı yerləri haqqında ətraflı məlumat əldə edirik. Eyni zamanda, yeni dostlar qazanırıq.
Sizə bütün gənclər adından öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Mirzəzadə Rüstəm Famil oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.