Nazim Həsənov və Sərhad Mirzəyevdən, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident.
Biz Ağdam rayonundan məcburi köçkün düşmüşük. Sumqayıt şəhəri ərazisində yaşayış üçün heç bir şəraiti olmayan yararsız bir yerdə məskunlaşmışdıq. Sizin sayənizdə mənzil-məişət şəraitimiz artıq yaxşılaşdırılıb. Sumqayıt şəhərində salınmış məcburi köçkün qəsəbəsində mənzillə təmin edilmişik və yeni yaşayış yerimizdən çox razıyıq.
Hörmətli cənab Prezident, qaçqın və məcburi köçkünlərin qayğılarının aradan qaldırılması üçün əməli tədbirlər gördüyünüzə görə şəxsən öz adımızdan və ailələrimiz adından Sizə minnətdarlığımızı bildiririk. Torpaqlarımızın işğaldan azad olunması üçün yorulmadan mübarizə apardığınıza görə Sizə təşəkkür edirik və daim Sizinləyik. Tanrı Sizi qorusun.
Hörmətlə,
Həsənov Nazim
Mirzəyev Sərhad.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.