Nəzakət Əzimovadan, Yardımlı, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu məktubu yazmaqda məqsədim əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən tədbirlərə görə şəxsən öz adımdan və ailəm adından Sizə dərin təşəkkür etməkdir. Siz həmişə xalqın sevimli Prezidenti olmusunuz, onun qayğıları ilə yaxından maraqlanmısınız və rifah halının yaxşılaşdırılması üçün zəruri işlər görmüsünüz. Bu ilin ilk aylarında imzaladığınız fərman və sərəncamlar ailəmizin Sizə olan inamını daha da artırdı.
Mənim həyat yoldaşım Nadirov Qabil Mirzəyər oğlu uzun müddət hərbi qulluqçu kimi fəaliyyət göstərmiş, təqaüdə çıxdıqdan sonra dünyasını dəyişmişdir. Ailə başçısını itirməyə görə mənim və birinci qrup əlilliyi olan qızımın sosial müavinətinin, habelə qızımın təqaüdünün məbləğinin əhəmiyyətli dərəcədə artırılması nəticəsində bizim ailəmiz maddi çətinliklərdən xilas oldu, firavan yaşayışa qədəm qoydu.
Cənab Prezident, ailəmiz adından bir daha Sizə dərin minnətdarlığımızı bildiririk. Biz Sizinlə qürur duyur və fəxr edirik.
Hörmətlə,
Əzimova Nəzakət Şükür qızı.
Azərbaycan Respublikası, Yardımlı rayonu, Çayüzü kəndi.