Aysu Muradovadan, Ucar, Azərbaycan
Hörmətli cənab Prezident.
Ölkəmizi daha yaxından tanımağa və onun gözəl guşələrini daha yaxından görməyə şərait yaratdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm.
Yaz tətili günlərində biz gözəl ölkəmizin cənub bölgəsinə səfərə getdik, Lənkəran, Astara və Masallıda olduq. Bu şəhər və rayonlar haqqında biliklərimiz, dünyagörüşümüz daha da dərinləşdi. Biz Lənkəranda çay plantasiyalarını, sitrus meyvə bağlarını, "Astaraçay" çay fabrikini, Masallıda Heydər Əliyev Mərkəzini və digər yerləri əyani şəkildə gördük. Martın 15-dən 18-dək bu rayonların tarixi və mədəniyyəti, tanınmış şəxsiyyətləri barədə biliklər əldə etdik. Bu layihə həm bizim təhsilimiz, həm də təlim- tərbiyəmiz üçün çox faydalıdır.
Cənab Prezident, biz şagirdlərə bu gözəl hissləri və təəssüratları yaşatdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. Biz gənclər də öz növbəmizdə Azərbaycanın gələcəyi olaraq çalışacağıq ki, ölkəmizin gözəlləşməsi və daha da inkişafı üçün əlimizdən gələni edək.
Hörmətlə,
Muradova Aysu Sabit qızı, X sinif şagirdi.
Azərbaycan Respublikası, Ucar rayonu.