Rahilə Abbasovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident İlham Əliyev.
Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq aparılan irimiqyaslı işlərə görə Mərdəkan qəsəbəsinin M. Rəhmanzadə küçəsinin sakinləri adından Sizə dərin təşəkkürümü bildirirəm.
Uzun illərdir ki, Xəzər rayonunda yaşayır və işləyirəm. Respublikamızda aparılan abadlıq-quruculuq işləri bizim küçəni də əhatə edib. Biz sakinlər dərin məmnunluq hissimizi Sizə bildirməklə həm də Azərbaycan dövlətinə, dövlətçiliyimizə sadiqliyimizi, apardığınız daxili və xarici siyasəti ürəkdən dəstəklədiyimizi bəyan etmək istəyirik.
Qoy, ulu öndərimiz Heydər Əliyevin qurucusu və memarı olduğu müasir Azərbaycan Respublikası Sizin prinsipial və ardıcıl siyasətiniz sayəsində bütöv, daha güclü və əbədiyaşar bir məmləkətə çevrilsin.
Sonsuz hörmət və ehtiramla,
Abbasova Rahilə Əvəz qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi.