İbrahim Şükürovdan, Masallı, Azərbaycan
Çox hörmətli cənab Prezident,
Son aylar imzaladığınız, Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına yönəlmiş fərman və sərəncamlarınız hamı kimi bizi də sevindirir. Problemli kreditlərin həlli, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı işlər çox təqdirəlayiqdir. Buna görə hamı Sizə minnnəndarlıq edir. İnsanlar öz Prezidentinə inanır, ona dayaq olur. Necə ki, dövlət başçısı sadə insanların qayğısını çəkir və bu hisslərlə yaşayır, işləyir. Sizin müvafiq Sərəncamınızla martın 1-dən minimum əməkhaqqının artırılması hər bir azərbaycanlıya, o cümlədən Masallı rayonunun əhalisinə olan diqqət və qayğıdan irəli gəlir. Görün nə qədər insanı sevindirmisiniz!
Əziz Prezidentimiz, bu sevinci bizə bəxş edən insana - Sizə bir daha minnətdarlıq edir, gələcək işlərinizdə, çətin və müqəddəs fəaliyyətinizdə uğurlar arzulayırıq. Azərbaycan əhalisinin rifahı naminə çalışdığınıza görə Ulu Tanrı Sizi, birinci xanım Mehriban Əliyevanı və övladlarınızı qorusun!
Hörmətlə,
Şükürov İbrahim Məmmədhüseyn oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Qasımlı kəndi.