03 aprel 2019, 12:25

Mehman Əhmədovdan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Mən 278 nömrəli tam orta məktəbin 11-ci sinfində oxuyuram. Hər şeydən əvvəl ölkəmiz və xalqımız üçün gördüyünüz işlərə görə Sizə öz minnətdarlığımı bildirirəm. Mən ilk dəfə idi ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edirdim. Xəyalıma belə gətirməzdim ki, mən nə vaxtsa Naxçıvan Muxtar Respublikasında olacağam. Təşəbbüsünüzlə həyata keçirilən bu tur-aksiyaya görə Sizə minnətdaram. Mehriban, qonaqpərvər Naxçıvan əhalisinin hər addımbaşı qayğısını gördum. Naxçıvan nemətlərindən, xörəklərindən daddıq. Azərbaycan tarixindən oxuduğum yerləri - Mömünə Xatun türbəsini, Əlincə qalasını, Hüseyn Cavid məqbərəsini, Məmməd Səid Ordubadinin ev-muzeyini, Şahbuz rəsədxanasını öz gözlərimlə gördüm. Orada özümə yeni dostlar tapdım. Bu gəzinti mənim həyatımda dönüş oldu. Çalışacağam ki, ali məktəbə daxil olum. Harada işləməyimdən aslı olmayaraq etimadı doğrultmağa çalışacağam.

Hörmətli cənab Prezident, Sizə bir daha öz adımdan və ailəmiz adından minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Əhmədov Mehman Şahvələd oğlu

11-ci sinif şagirdi

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.