02 aprel 2019, 18:20

Zahirə Əsgərovadan, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin tapşırığınız əsasında, artıq neçə illərdir “Ölkəmizi tanıyaq” layihəsi uğurla həyata keçirilir. Bu, məktəblilərdə vətənpərvərlik hissini yüksəldir, onların dünyagörüşünü artırır, tarixi və elmi savadının zənginləşməsinə səbəb olur. Məktəblilərin Azərbaycan tarixinə aid zəngin memarlıq, mədəniyyət, etnoqrafiya abidələri ilə əyani şəkildə, yaxından tanış olması, həmçinin Azərbaycan coğrafiyasını dərindən mənimsəməsi onların gələcəkdə şəxsiyyət kimi formalaşmasında və layiqli vətəndaş kimi yetişməsində mühüm rol oynayır.

Möhtərəm cənab Prezident, tur-aksiyada şagirdlərlə birlikdə iştirak edən bir müəllim kimi bu işi həyata keçirdiyinizə görə Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Azərbaycan xalqının rifahı və uğurlu gələcəyi naminə gördüyünüz işlərdə Allah Sizə yar olsun.

Hörmətlə,

T.İsmayılov adına 1 saylı tam orta məktəbin müəllimi,

Əsgərova Zahirə Nağı qızı.

Azərbaycan Respublikası, Kürdəmir rayonu.