02 aprel 2019, 17:55

Simuzər Bayraməliyeva və Salatın İsayevadan, Zərdab, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Son vaxtlar Sizin həyata keçirdiyiniz sosial islahatlar biz təqaüdçülərin də ürəyincə olmuş və bizi hədsiz sevindirmişdir. Təqaüdlərin artırılması ilə əlaqədar imzaladığınız Sərəncam dövlətimizə qarşı bizdə böyük rəğbət hissi oyatmışdır. Artıq, artırılmış təqaüdlərimizi almışıq. Bu, biz ahıl insanların daha yaxşı, firavan yaşamasına səbəb olmuşdur.

Biz – yaşlı nəslin nümayəndələri hiss edir və görürük ki, möhtərəm Prezidentimiz həmişə vətəndaşlara dayaqdır. Ona görə də cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayır, həmişə Sizə dəstək olacağımızı bildiririk.

Allah Sizi qorusun.

Hörmətlə,

Bayraməliyeva Simuzər Abbas qızı,

İsayeva Salatın Əli qızı.

Azərbaycan Respublikası, Zərdab rayonu, Dəkkəoba kəndi.