Leyla Orucovadan, Ağsu, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən Ağsu şəhər 3 saylı tam orta məktəbin onuncu sinfində oxuyuram. Yaz tətili günlərində "Ölkəmizi tanıyaq" devizi altında respublikamızın cənub zonasına təşkil edilən tur-aksiyada mən də iştirak etmişəm. Doğrusu, cənub rayonları haqqında çox eşitsəm də, o yerlərin coğrafiyası, təbiəti, tarixi və insanları ilə tanış deyildim. Səyahət zamanı mən və yoldaşlarım hər şeyi gözümüzlə gördük və oradan zəngin təəssüratlarla qayitdıq. Tətildən sonrakı ilk dərs günü təəssüratlarımızı sinif yoldaşlarımızla bölüşdük və inşa yazı yazdıq.
Cənab Prezident, Sizin tapşırığınızla təşkil edilən belə turlar bizim xatirimizdə əbədi iz buraxır, eləcə də Vətənimizi daha çox sevməyə, onunla fəxr etməyə səsləyir. Ona görə də öz adımdan və sinif yoldaşlarım adından Sizə minnətdarlığımızı bildirir, doğma Azərbaycanımızın layiqli övladları olacağımıza söz veririk.
Dərin hörmət və ehtiramla,
Onuncu sinif şagirdi
Orucova Leyla Vüqar qızı
Azərbaycan Respublikası, Ağsu rayonu.