02 aprel 2019, 15:45

Əsmər Qarayevadan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Artıq 6-cı ildir ki, Sizin tapşırığınız ilə Azərbaycanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq" devizi ilə Vətənimizin müxtəlif bölgələrinə tur-aksiyalar təşkil olunur. Ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini, müstəqillik illərində əldə etdiyi nailiyyətləri dərindən öyrənməkdə çox böyük əhəmiyyəti olan bu tur-aksiyada iştirak etdiyimə görə çox sevincliyəm. Ölkəmizin qərb bölgəsi ilə yaxından tanış olaraq məktəb yoldaşlarımla birlikdə zəngin təəssüratla geri dönmüşəm.

Cənab Prezident, belə bir layihənin təşəbbüsçüsü olduğunuz üçün öz adımdan və məktəbli dostlarım adından Sizə səmimi təşəkkürümü bildirirəm.

Dərin hörmət və ehtiramla,

Qarayeva Əsmər Məsud qızı

Azərbaycan Respublikası, İsmayıllı rayonu.