02 aprel 2019, 15:10

Həqiqət Lətifovadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün ölkəmizdə aparılan abadlıq-quruculuq işləri hər bir vətəndaş kimi, biz məktəbliləri də çox sevindirir. Respublikamızın dünya arenasında tanınması, öz sözünü deyən, iqtisadi və siyasi cəhətdən güclü bir dövlətə çevrilməsi məhz Sizin Ulu Öndər siyasətinə sadiqliyiniz və uzaqgörən siyasətiniz nəticəsində mümkün olmuşdur. Bu siyasət nəticəsində Azərbaycanın regionları hərtərəfli inkişaf edir, çiçəklənir, xalqımızın rifah halı gündən-günə yüksəlir. Sizin tapşırığınızla həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində bu yaxınlarda rayonumuzun bir qrup məktəblisi ilə bərabər mən də Quba, Qusar və Xaçmaz rayonlarında oldum. Orada yaradılan şərait məni sözün əsl mənasında heyran etdi. Ölkəmizin bu gözəl guşələrində keçirdiyimiz vaxt əyləncəli olmaqla bərabər, həm də regionlarımızın inkişafı ilə əyani tanışlıq və yeni lazımlı məlumatlar əldə etmək baxımından çox faydalı oldu. Bu səfərimiz daim yaddaşımızda qalacaqdır.

Hər bir vətəndaşa, həmçinin biz məktəblilərə diqqət və qayğı göstərdiyiniz üçün var olun, əziz Prezidentimiz.

Çiçəklənən, yüksələn, uğurdan-uğura addımlayan Azərbaycanımızın daha gözəl gələcəyi üçün atdığınız hər bir addımda, gördüyünüz hər bir işdə Sizə uğurlar arzu edirəm.

Hörmətlə,

Lətifova Həqiqət Samir qızı

Azərbaycan Respublikası, Salyan rayonu.