Ruxsarə Seyidovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən 1974-cü ildən həkim işləyirəm. Oğlum Zeynalov Zeynal Zöhrab oğlunu çox böyük çətinliklə, təkbaşına böyütmüşəm. Hazırda o, ailə başçısıdır. Üç övladı tələbədir.
Oğlum “Diqlas” ticarət mərkəzində mağaza sahibi idi. Ticarət mərkəzi yananda biz ailəliklə çox böyük sarsıntı keçirdik. Elə hesab etdik ki, bizim ailənin gələcəyi puç oldu. Amma, sən demə belə deyilmiş. Sizin məlum çıxışınız bizi günəş işığı kimi isindirdi, bizə böyük ümid verdi.
Cənab Prezident, xalqımızın arxasında dayandığınıza, dar gündə vətəndaşlara kömək etdiyinizə görə Sizə ailəmiz adından sonsuz dərəcədə təşəkkür edirəm. Siz xalqımızın hər zaman ümid yerisiniz.
Hörmətlə,
Seyidova Ruxsarə Cəlal qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.