Əlihüseyn Sadıqovdan, Masallı, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Azərbaycanın iqtisadi və sosial həyatı son illər durmadan inkişaf edir. Respublikamızın müstəqilliyini bərpa edərək daha da möhkəmlənməsi və bugünkü qüdrətli Azərbaycan dövlətinin yaranması ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsi, Ulu Öndərin ölkəmiz və xalqımız qarşısında tarixi xidmətidir. Bu gün bu strategiya Sizin yüksək idarəçilik bacarığınız, tükənməz enerjiniz və işgüzarlığınız sayənizdə uğurla davam edir. Siz son illər müasir dünyamızda gedən proseslərdə Azərbaycanın milli maraqlarını müvəffəqiyyətlə qoruyaraq dünyada sürətlə inkişaf edən demokratik bir ölkə kimi nüfuz qazanmasını təmin edirsiniz. Biz bununla hədsiz qürur duyuruq. İqtisadi tərəqqisinə görə nəinki MDB-də, hətta dünyada lider dövlətlərdən olan Azərbaycan bu nəticəni məhz Sizin həyata keçirdiyiniz uğurlu siyasət, aparılan hərtərəfli və köklü islahatlar sayəsində qazanmışdır.
Hörmətli cənab Prezident, indi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün hər bir şərait mövcuddur. Sahibkarlığın inkişafına göstərdiyiniz diqqət və qayğı da göz qabağındadır. Bu gün ölkə sahibkarları Sizi özlərinin himayədarı bilirlər. Elə buna görədir ki, dövlətimizin həyata keçirdiyi əksər layihələrdə canla-başla təmsil olunmağa çalışırlar.
Son illərdə respublikamızın neftdən asılılığının azaldılması üçün kənd təsərrüffatınin inkişafına xüsusi diqqət ayırmanız məni və kənd əhalisini çox sevindirir.
2019-cu ilin ilk günündən başlayaraq əhalinin sosial vəziyyətini nəzərə alaraq, minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin artırılması xalqın sevincinə səbəb olmuşdur.
Hörmətli cənab Prezident, mən həmişə sadə vətəndaşlarla ünsiyyətdə olan biri kimi əminliklə deyə bilərəm ki, xalqın Sizə olan sevgisi və inamı hədsizdir. Azərbaycan xalqı həmişə Sizinlədir. Sizi və ailə üzvlərinizi öz ailə üzüvlərimin adından xalqımızın sevimli və əziz bayramı olan Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.
Allah Sizi qorusun.
Dərin hörmət və ehtiramla,
Sadıqov Əlihüseyn Əkbər oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Xəlfələr kəndi.