01 aprel 2019, 17:00
Röyal Tahirlidən, Lənkəran, Azərbaycan
Hörmətli Cənab Prezident.
Sizin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2019-cu il 16 mart tarixli Sərəncamınızla mən də əfv olunaraq şərti sınaq müddətindən azad edilmişəm.
Həmin Sərəncamınıza əsasən mən martın 17-də azadlığa buraxıldım. Sevincimin həddi-hüdudu yoxdur. Bu Sərəncamınız çox təqdirəlayiqdir.
Cənab Prezident, Sizin ölkə vətəndaşlarına göstərdiyiniz humanistliyinizin və qayğınızın bir daha şahidi oldum. Ona görə də şəxsən öz adımdan və ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirir, ölkəmizin dinamik inkişafı, xalqımızın maddi rifahının yaxşılaşdırılması istiqamətində gördüyünüz işlərdə uğurlar diləyirəm.
Dərin hörmətlə,
Tahirli Röyal İsmayıl oğlu
Azərbaycan Respublikası, Lənkəran rayonu, Liman şəhəri.