01 aprel 2019, 16:30

Fatimə İsmayılzadədən, Ucar, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Ucar şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdiyəm və əlaçıyam. Respublika miqyaslı yarış və müsabiqələrdə dəfələrlə rayonumuzu layiqincə təmsil etmişəm və müxtəlif diplom və fəxri fərmanlarla mükafatlandırılmışam. Bu, əlbəttə, Sizin bütün sahələrə olduğu kimi, təhsilə olan xüsusi diqqət və qayğınızın nəticəsidir.

Sizin tapşırığınızla biz məktəblilər üçün təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası hər birimizin böyük sevincinə səbəb olub. Həmin tur-aksiyada iştirak etmək hər bir məktəbli üçün böyük fəxrdir.

Mən tur-aksiya çərçivəsində ölkəmizin cənub bölgəsinin bir-birindən gözəl yerlərində - Lənkəran şəhərində, Astara və Masallı rayonlarında oldum. Bu şəhər və rayonlarda aparılan quruculuq-abadlıq işləri, muzeylər, istirahət mərkəzləri, fabriklər, idman kompleksləri Sizin bölgələrin sosial-iqtisadi həyatının inkişafına xüsusi diqqət və qayğınızın təzahürüdür. Səyahət zamanı Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, “Astaraçay” çay fabriki, “ASAN həyat” kompleksi, Viləşçay su anbarı diqqətimi xüsusilə cəlb etdi.

Cənab Prezident, respublikamızın inkişafı Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Hər şey üçün Sizə minnətdarıq.

Mənim bir arzum var. Gün o gün olsun ki, işğal altındakı Qarabağımız düşmən əsarətindən azad edilsin. Növbəti illərdə bu tur-aksiyalar dilbər guşələrimiz olan Şuşaya, Laçına, Cıdır düzünə təşkil olunsun. Biz buna inanırıq. Çünki Azərbaycanın Sizin kimi müdrik Prezidenti var.

Hörmətlə,

İsmayılzadə Fatimə Ramin qızı.

Azərbaycan Respublikası, Ucar rayonu.