Nəzrin Səlimzadədən, Bakı, Azərbaycan
Əziz Prezidentimiz.
Sizin Azərbaycan təhsili üçün gördüyünüz mühüm işlərdən biri də biz gənclərin maarifləndirilməsi məqsədilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsidir. Məhz Sizin təşəbbüskarı olduğunuz bu layihə vasitəsilə ölkəmizin yüzlərlə gəncinə Vətənini yalnız televiziyadan yox, öz gözləri ilə əyani görmək nəsib oldu. Mən də bu xoşbəxt gənclərdən biriyəm. Mən illərdir ki, qədim diyarımız Naxçıvana getmək xəyalı ilə yaşayırdım. Naxçıvana getmək məhz Sizin sayənizdə mənə qismət oldu. Naxçıvan səfəri məndə çox böyük təəssürat yaratdı. Qonaqpərvər əhalinin, möhtəşəm təbiətin və onlarla tarixi abidənin məndə yaratdığı təəssüratı ömrüm boyu hafizəmdə yaşadacağam. Mənim xəyallarımı gerçəkləşdirdiyiniz üçün Sizə təşəkkür edirəm, cənab Prezidentim!
Mən ata-baba torpaqları işğal olunmuş Qarabağ gənclərindən biriyəm. İnanıram ki, Sizin sayənizdə tez bir zamanda “Ölkəmizi tanıyaq” layihəsi ilə doğma Qarabağ torpaqlarımıza səfər etmək bizə nəsib olacaq. Sizi çox sevirəm. Yaxşı ki, varsınız. Biz gənclər Sizinlə fəxr edirik.
Hörmətlə,
Səlimzadə Nəzrin Mirsəməd qızı, X sinif şagirdi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.