Talıb Salmanovdan, Salyan, Azərbaycan
Əziz Prezidentimiz.
Mən Sizin təşəbbüsünüz əsasında uğurla həyata keçirilən "Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçısı oldum. Heç vaxt görmədiyim Quba-Qusar-Xaçmaz bölgəsində dörd gün səmərəli vaxt keçirdim. Bu gün mən çox xoşbəxtəm. Ona görə ki, doğma Azərbaycanımın dilbər guşələrini gördüm, milli adət-ənənələrimizlə, tarixi abidələrimizlə yaxından tanış oldum.
Əziz Prezidentim, "Ölkəmizi tanıyaq" tur-aksiyasının mənim həyatımda, dünyagörüşümdə, yeni dostlar tapmağımda çox böyük əhəmiyyəti oldu. Müstəqil Azərbaycanıma layiqli vətəndaş kimi yetişməyimdə bu layihənin əvəzolunmaz rolu vardır.
Yaratdığınız bu şəraitə görə fəxarət və qürur hissi ilə Sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun, cənab Prezident!
Hörmətlə,
Salmanov Talıb Müşfiq oğlu.
Azərbaycan Respublikası, Salyan rayonu, Şəkərli kəndi.