30 mart 2019, 13:25

Abdul Qədimlidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Problemli kreditlərin həllinə göstərdiyiniz köməyə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Siz insanların üzərindən ağır yük götürdünüz. Verdiyiniz Fərman sayəsində xeyli insanın maddi durumu yaxşılaşacaq. Sizin sayənizdə bizim də ailəmiz bu problemdən xilas olacaq.

Həmçinin qeyd etmək istəyirəm ki, Siz biz əlillərin də həmişə qayğısına qalırsınız. Bir müddət əvvəl sosial müavinətimizin məbləğinin artırılması buna əyani sübutdur. Sizin kimi Prezidentimiz olduğu üçün fəxr edirəm. Dualarım daim Sizinlədir.

Hörmətlə,

Qədimli Abdul Fətulla oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.