Surxay Mirzəyev və başqalarından, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin tapşırığınızla “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan tur-aksiyada məktəblilərin ölkəmizin müxtəlif bölgələrinə səyahət etməsini biz müəllimlər də ürəkdən bəyənir və alqışlayırıq. Şagirdlərimiz bu dəfə Şəki, Zaqatala, Qəbələ şəhər və rayonlarında olublar. Hər bölgənin təbiəti, adət-ənənəsi, tarixi, mədəni irsi, müasir həyatı ilə tanışlıq onlarda çox zəngin təəssürat yaradır, geniş dünyagörüşü formalaşdırır.
Möhtərəm Prezident, məktəblilərə belə maraqlı səyahətlər bəxş etdiyinizə görə cəbhə bölgəsində yerləşən Tərtər rayonunun müəllimləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Mirzəyev Surxay Xasay oğlu
Quliyev Emin Arzu oğlu
Mehdiyeva Vəsilə Xasay qızı.
Azərbaycan Respublikası, Tərtər rayonu.