30 mart 2019, 12:35

Bənövşə İbrahimovadan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Ağdam rayonunun 92 saylı köçkün ümumi orta məktəbinin müəllimiyəm. Məcburi köçkünlərin məskunlaşdığı Yeni İmamqulubəyli qəsəbəsində yaşayıram.

Biz məcburi köçkünlər üçün yaratdığınız şərait, bizə göstərdiyiniz maddi və mənəvi dəstək əvəzolunmazdır. Novruz bayramı ərəfəsində imzaladığınız Sərəncamla aylıq müavinətimizin məbləğinin 50 faiz artırılması bizim üçün ikiqat bayrama çevrildi.

Əziz Prezidentimiz, uzaqgörənliyinizə, humanistliyinizə görə Sizə təşəkkürümü bildirirəm. Allah canınızı sağ eləsin, qüssə-kədər görməyəsiniz.

Hörmətlə,

İbrahimova Bənövşə.

Azərbaycan Respublikası, Ağdam rayonu.