30 mart 2019, 12:15

İlkanə Qasımzadədən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin tapşırığınızla reallaşdırılan "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində respublikamızın Gəncə, Şəmkir, Göygöl, Tovuz, Ağstafa, Qazax şəhər və rayonlarına səyahət etmişəm və bu səfərdən zəngin təəssüratla qayıtmışam. Təşkil olunan maarifləndirici tur-aksiyalar şagirdlərin dünya görüşünün, vətənpərvərlik hissinin daha da artmasına böyük təsir göstərir.

Səfər zamanı Sizin rəhbərliyinizlə doğma respublikamızda gedən sürətli inkişafın şahidi oldum və bundan qürur duydum.

Tur-aksiyanın təşkilinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Qasımzadə İlkanə Yavər qızı.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.