Etibar Piriyevdən, Ağsu, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Son illər ölkəmizdə savadlı və vətənpərvər gənclərin formalaşdırılması üçün Sizin tapşırığınızla həyata keçirilən tədbirlər xalqımız tərəfindən razılıqla qarşılanır. Belə tədbirlər sırasında yer alan “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyalarda yuxarı sinif şagirdlərinin iştirakı çox faydalıdır.
Yaz tətili günlərində Lənkəran şəhərinə və Astara rayonuna təşkil olunan səyahətdə Ağsu şəhər 2 saylı tam orta məktəbinin XI sinifində oxuyan oğlum Elcan Piriyev də iştirak edib. O, şagird yoldaşları ilə birgə gəzdiyi rayonların coğrafi mövqeyi, təbiəti, tarixi ilə yaxından tanış olub və səfərdən xoş xatirələrlə qayıdıb.
Cənab Prezident, gənc nəslin inkişafına və təhsilinə göstərdiyiniz qayğıya görə ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm.
Dərin hörmətlə,
Piriyev Etibar Rufulla oğlu.
Azərbaycan Respublikası, Ağsu rayonu.