Əziz Əzizovdan, Yevlax, Azərbaycan
Hörmətli cənab Prezident.
Biz ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərdiyiniz diqqət və qayğıdan olduqca razıyıq. Siz ölkə əhalisinin bütün kateqoriyalarının daha yaxşı yaşaması, sosial vəziyyətinin daha da yaxşılaşması üçün lazım olan bütün tədbirləri görürsünüz. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi, onlar üçün mənzillərin ayrılması, kənd və qəsəbələrdə infrastrukturun yaxşılaşdırılması, yolların çəkilməsi, yerlərdə işıq, içməli su, qaz ilə bağlı problemlərin həlli əhalimizin daha da yaxşı yaşamasına xidmət edir. Bu günlərdə xalqımız əziz Novruz bayramını olduqca xoş əhval-ruhiyyə ilə qeyd etdi.
Cənab Prezident, bütün bunlara görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Çox sağ olun.
Hörmətlə,
Əzizov Əziz Paşa oğlu, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yevlax şəhər şöbəsinin sədri.
Azərbaycan Respublikası, Yevlax şəhəri.