29 mart 2019, 16:45

Əlixan Məmişovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev.

Azərbaycan xalqının bu günü, gələcəyi naminə gördüyünüz işlərə görə bir vətəndaş olaraq şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.

Sizin istər sosial-iqtisadi sahəyə, istərsə də digər sahələrə dair imzaladığınız fərman və sərəncamlar Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, ölkəmizin inkişafına mühüm töhfədir. Sizin sayənizdə Azərbaycan müasirləşir və qüdrətlənir, ölkəmiz dünyada tanınır.

Möhtərəm cənab Prezident, inanırıq ki, dövlətimizin uğurları gələcəkdə daha da artacaqdır. Bu yolda Sizə bitməz-tükənməz qüvvət və möhkəm cansağlığı arzulayıram.

Hörmətlə.

Məmişov Əlixan Sərxan oğlu, Zəngilan rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri.