29 mart 2019, 16:20

Vüsal Rzayevdən, Naxçıvan, Azərbaycan

Azərbaycanın geniş qəlbli, böyük ürəkli Prezidenti cənab İlham Əliyev.

Bakı şəhərinin Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirilən müşavirədəki çıxışınızı televizya vasitəsilə dinlədim. Bir vətəndaş kimi Sizinlə qürur duydum və sözün düzü, bir az kövrəldim. Neçə gün idi ki, həmin yanğından ziyan çəkən insanların halına acıyır, onlar üçün dua edirdim. Çünki mən çarəsizliyin nə olduğunu yaşayan və bilən bir insanam. Belə bir anda insana uzanan kömək əli onun üçün hər şey deməkdir. Məhz Siz – Azərbaycanın çox dəyərli dövlət başçısı öz köməyinizi vətəndaşlardan yenə də əsirgəmədiniz.

Buna görə ailəmiz adından Sizə minnətdarlıq edirəm, cənab Prezident! Çox sağ olun.

Hörmətlə,

Rzayev Vüsal Möhübbət oğlu.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Kükü kəndi.