29 mart 2019, 13:05

Xaləddin Qarayev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Yaşadığımız Tərtər rayonunun Borsunlu kəndi rayon mərkəzindən 30 kilometr aralıda, düşmənlə təmas xəttinə yaxın ərazidə yerləşir. Qaz, işıq, su sarıdan heç bir problemimiz yoxdur. Ancaq kəndimizin yolu neçə illər idi ki, pis vəziyyətdə idi. Buna görə nəqliyyat vasitələri kəndimizə gəlməkdə çətinlik çəkir, bəzən sürücülər sərnişinləri daşımaqdan imtina edirdilər. Artıq bu problemimiz də həll olunur. Hazırda yolda əsaslı təmir işləri aparılır.

Cənab Prezident, cəbhə bölgəsində yaşayan insanlara göstərdiyiniz diqqət və qayğıya görə kənd sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Düşmənlə üz-üzə yaşasaq da, bu qayğınızdan ruhlanaraq kənd təsərrüfatı ilə məşğul olur, qurub-yaradır, düşmənə mənəvi zərbə vururuq.

Böyük ehtiramla,

Qarayev Xaləddin

Hüseynov Qədir

Axundov Mehdi

Şükürov İslam

Əsgərov Cahangir.

Azərbaycan Respublikası, Tərtər rayonu, Borsunlu kəndi.