Orxan Musayev və Hikmət Nuriyevdən, Saatlı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin tapşırığınızla orta məktəb şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çox gözəl və alqışalayiq bir layihədir. Bu yaxınlarda bizə də bu tur-aksiyada iştirak etmək qismət oldu. Aksiya çərçivəsində Gəncə-Qazax bölgəsini gəzdik, xalqımızın tarixi keçmişi, milli adət-ənənələri, mədəniyyət nümunələri ilə əyani tanış olduq. Dərsliklərdən əldə etdiyimiz bilikləri, böyüklərdən eşitdiyimiz məlumatları bu səyahət sayəsində daha da zənginləşdirdik. Necə deyərlər, “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdr”.
Əziz Prezidentimiz, bizə bu fürsəti yaratdığınıza görə bütün məktəbli yoldaşlarımızın adından Sizə təşəkkür edirik. Siz ölkəmizi bizə daha çox tanıtdırır və sevdirirsiniz. Allah Sizi qorusun.
Dərin hörmət və məhəbbətlə,
Musayev Orxan Asif oğlu
Nuriyev Hikmət Vüqar oğlu.
Azərbaycan Respublikası, Saatlı rayonu, Əlisoltanlı kəndi.