Emil Azadəliyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
“Diqlas” ticarət mərkəzində baş verən yanğın zamanı zərərçəkmiş sahibkarlara dəymiş maddi ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı göstərişinizə vətəndaş mövqeyimi bildirməyi və buna görə Sizə təşəkkür etməyi özümə borc bildim.
Özüm sahibkar olmasam da, yanğın zamanı vətəndaşlara böyük maddi və mənəvi ziyan dəyməsi məndə böyük ürəkağrısı doğurdu. Əslində, Sizin bu məsələnin həlli ilə bağlı lazımi tapşırıq verəcəyiniz gözlənilən idi. Sizin nümayiş etdirdiyiniz humanizm məni çox sevindirdi. Siz bir daha sübut etdiniz ki, dövlət həmişə hər bir vətəndaşının yanındadır.
Cənab Prezident, belə humanist qərarlar verməyiniz Sizin nə qədər zəngin mənəviyyata, böyük ürəyə sahib olduğunuzu təcəssüm etdirir.
Dərin hörmətlə,
Azadəliyev Emil Rafiq oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.