28 mart 2019, 18:00

Rəqsanə Məcidovadan, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu il mart ayının 15-dən 18-dək “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayonumuzun digər şagirdləri ilə birlikdə respublikamızın ən gözəl bölgələrindən biri olan Gəncə-Qazax bölgəsinə səfər etdim. Səfər çərçivəsində Gəncə şəhərinin, Şəmkir, Göygöl, Ağstafa, Qazax, Tovuz rayonlarının tarixi və mədəniyyət abidələri, adət-ənənələri, sosial-iqtisadi həyatı, bugünkü dinamik inkişafı ilə tanışlıq məndə zəngin təəssürat yaratdı. Səfərdən qayıtdıqdan sonra gördüklərim barədə digər şagirdlərə verdiyim ətraflı məlumatlar onlar tərəfindən də maraqla qarşılandı.

Möhtərəm cənab Prezident, bizə belə gözəl imkanı Siz yaratmısınız. Ona görə də Sizə şəxsən öz adımdan və məktəbimizin bütün şagirdləri adından dərin minnətdarlığımızı bildirirəm. Sizi əmin etmək istəyirik ki, ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanımızın daha da inkişafı üçün biliklərimizi daim artıracaq, Vətənimizin layiqli vətəndaşı olacağıq.

Hörmətlə

Məcidova Rəqsanə Eldəniz qızı, X sinif şagirdi.

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Dəyirmanlı kəndi.