28 mart 2019, 17:40

Mehman Səlimovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizə minnətdarlıq məktubu yazmağı özümə borc bilir və bundan qürur duyuram. Novruz bayramı ərəfəsində mərhəmət və humanizm göstərərək ailəmizə qovuşmağı bizə hədiyyə etdiyinizə görə şəxsən öz adımdan və ailəmin bütün üzvləri adından Sizə dərin təşəkkürümü, hörmət və ehtiramımı bildirirəm.

Siz bu addımınızla xalqımıza böyük sevginizi, qayğınızı və insansevərliyinizi bir daha göstərdiniz. Vətənimiz Azərbaycanın iqtisadi inkişafı, müdafiə qüdrətinin artırılması və xalqımızın xoşbəxtliyi naminə yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Səlimov Mehman Əmirxan oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.