28 mart 2019, 16:20
Anar Xammədovdan, Biləsuvar, Azərbaycan
Möhtərəm cənab Prezident.
Son bir neçə ayda tərəfinizdən imzalanan və əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn fərman və sərəncamlar respublikamızın bütün sakinləri kimi, Biləsuvar rayonunun təhsil işçiləri tərəfindən də çox böyük razılıq və minnətdarlıqla qarşılandı. Bu, bir daha göstərir ki, Siz daim xalqımızın yanındasınız, hər bir azərbaycanlının Prezidentisiniz.
Möhtərəm Prezident, göstərdiyiniz yüksək qayğıya və diqqətə görə rayonumuzun çoxsaylı təhsil işçiləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Uca Tanri Sizi qorusun.
Hörmətlə,
Xammədov Anar Zakir oğlu.
Azərbaycan Respublikası, Biləsuvar rayonu.