Tahir Əhmədovdan, Ağsu, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Sizin tapşırığınıza əsasən ümumtəhsil məktəbləri şagirdlərinin qış və yaz tətili günlərində “Ölkəmizi tanıyaq” devizi altında respublikamızın müxtəlif regionlarına tur-aksiyalarının təşkili faydalı olmaqla yanaşı, iştirakçılarda unudulmaz təəssüratlar doğurur. Belə tur-aksiyaların təşkili sürətlə inkişaf edən Azərbaycanın gənc nəslə tanıdılması baxımından çox faydalıdır.
Bir neçə gün əvvəl cənub zonasına təşkil edilmiş səyahətdə Ağsu şəhər 1 nömrəli məktəb-liseyin IX sinfində oxuyan qızım Ramilə Əhmədova da iştirak edib. O, səfərdən zəngin təəssüratlarla dönüb, gördüklərini inşa yazısında həvəslə əks etdirib.
Möhtərəm cənab Prezident, xalqımızın rifah halının yaxşılaşdırılması, vətənpərvər gənc nəslin yetişdirilməsi istiqamətində səylərinizə görə ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm .
Hörmətlə,
Əhmədov Tahir Güləhməd oğlu.
Azərbaycan Respublikası, Ağsu rayonu, Cəlayir kənd.