Həmayə Verdiyeva və başqalarından, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu gün müstəqil Azərbaycanımızın inkişafı, vətəndaşların məmnun və firavan yaşaması Sizin güclü və dayanıqlı siyasətiniz sayəsində mümkün olub. Hər bir xalqın xoşbəxt və gözəl yaşayışı onun rəhbərinin güclü siyasətinin, millətinə və xalqına olan sevgisinin təzahürüdür. Ulu öndər Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi iqtisadiyyat, sosial təminat, mədəniyyət, elm və digər sahələrdə inkişafı şərtləndirən əsas amilə çevrilib. İdarəçilik sisteminin daim təkmilləşdirilməsi, məmur-vətəndaş təmasının minimuma endirilməsi, modern təfəkkürün formalaşdırılması, xidmətlərə əlçatanlığın sadələşdirilməsi hər bir vətəndaşın sevincinə səbəb olur.
Sosial təminat sahəsində hər bir vətəndaşa xüsusi diqqət və qayğının göstərilməsi biz şəhid ailələrini də çox sevindirir. Son zamanlar imzaladağınız fərman və sərəncamlar, ölkəmizdə sosial siyasət sferasında atılan addımlar insanların gözəl və firavan həyat yaşamasına hesablanıb. Şəhid ailələrinə olan diqqət və qayğı, xüsusi ehtiram, şəhid ruhuna bəslənən hörmət bizi sevindirməyə bilməz. Şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi, aylıq müavinətin məbləğinin 300 manata qaldırılması şəhid ailələrinə olan diqqət və qayğının aydın təzahürüdür. Fəxrlə deyə bilərik ki, dünən də, bu gün də Sizin xalqa və millətə olan sevginiz bizə həmişə stimul verib və bizi sevindirib. Minimum əməkhaqqının, pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin məbləğinin artırılması sosial təminat sahəsində inqilabi addımlar oldu. Problemli kreditlərin öz həllini tapması Sizin xalqa olan yüksək sevginizin göstəricisidir.
Cənab Prezident, bütün şəhid ailələri və Göygöl əhalisi adından Sizə dərin minnətdarlığımızı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.
Şəhid ailələrinin üzvləri adından dərin hörmətlə,
Verdiyeva Həmayə Məmmədrza qızı
Bayramova Qəndaf İmamqulu qızı
Əliyeva Mahizər Məhəmməd qızı
Cəfərova Xanım Abdulla qızı və başqaları (cəmi 11 nəfər).
Azərbaycan Respublikası, Göygöl rayonu.